Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

İntensiv meyvə bağlarına görə yeni tələb müəyyənləşib

27.01.2025 [15:06]

Xəbərin mətni

Aqrar Subsidiya Şurasının qərarı ilə müəyyən olunmuş yeni salınacaq intensiv meyvə bağlarına görə tələblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, minimum sahəsi 15 hektar olan intensiv meyvə bağlarına görə birdəfəlik əkin subsidiyası almaq üçün həmin bağlarda mütləq iqlim stansiyası quraşdırılmalıdır.