Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qəbələdə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb

01.02.2025 [14:14]

Xəbərin mətni

Qəbələ rayonunun Tövlə kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin - 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin -1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıblar. Həmçinin digər avtomobilin sürücüsü, 30 yaşlı Aqasif Qəribli və sərnişin - 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıblar.