CƏMİYYƏT
Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025 [14:50]
Xəbərin mətni
Fevralın 1-də Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır.