Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Gənclər Günü Özbəkistanda qeyd olunub

01.02.2025 [17:01]

Xəbərin mətni

Gənclər Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev əsası 1997-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında məlumat verib, həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, dövlət başçısının gənclərə qayğısından danışıb, son illərdə onların müxtəlif vəzifələrə irəli çəkildiyini vurğulayıb. Hüseyn Quliyev cəmiyyətimizin aparıcı qüvvəsi olan gənc nəslin yüksək səviyyədə, milli dəyərlərə uyğun yetişdirilməsinin dövlətimiz üçün vacib məsələlərdən olduğunu qeyd edib.