Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
24.02.2025 [22:19]
Xəbərin mətni
Azərbaycanın Müqəddəs Taxt-Tac və İtaliyadakı səfirliklərinin təşkilatçılığı ilə Romadakı “Sant’Agnese Fuori le Mura” bazilikasında Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınan Xocalı hadisələrinin bu il 33-cü ildönümünün qeyd olunduğunu söyləyib. O, amansız qətliam nəticəsində bir gecədə 613 günahsız insanın qətlə yetirildiyini, 8 ailənin yer üzündən silindiyini, 1275 nəfərin girov götürüldüyünü bildirib.