Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçirilir
16.03.2025 [15:22]
Xəbərin mətni
Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinin açılışı olub.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən birgə təşkil olunan turnirin açılış mərasimində çıxış edənlər bu yarışın avarçəkmə idman növünə marağın artırılması baxımından əhəmiyyətindən söz açıblar.