Xaçmazda əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb
17.03.2025 [12:00]
Xəbərin mətni
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb. Ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək, külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblər aşkarlanaraq götürülüb.