Bakıda karate üzrə Qran-Pri turnirinin açılış mərasimi olub
05.04.2025 [18:43]
Xəbərin mətni
Bakıda karate üzrə Qran-Pri turnirinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Sərhədçi Olimpiya İdman Mərkəzində reallaşan tədbirdə öncə iştirakçı ölkələrin Dövlət bayraqları təqdim olunub. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.