Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Baku Open - 2025” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib

28.04.2025 [22:46]

Xəbərin mətni

Aprelin 28-də Azərbaycan Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, “Bakı Kristal Zal”ın Sərgi Mərkəzində keçirilən mərasimdə iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəliblər.