Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Müfəttiş” tamaşası Pantomim Teatrında nümayiş olunub

03.05.2025 [19:46]

Xəbərin mətni

Mayın 3-də Azərbaycan Dövlət Pantomim Teatrında görkəmli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun eyniadlı əsəri əsasında hazırlanan “Müfəttiş” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov AZƏRTAC-a açıqlamasında bildirib ki, səhnə əsəri əyalətə təsadüfən müfəttişin gəlməsi ilə başlayır. Onun sözlərinə görə, əsərin klassik süjet xətti saxlanılsa da, tamaşada orijinaldan fərqli yanaşmalar ön plana çəkilib.