Azərbaycan Dövlət İnformasiya Agentliyi

Britaniya basketbolunda tarix yazan azərbaycanlı məşqçi ilə müsahibə

05.05.2025 [20:14]

Xəbərin mətni

İngiltərənin Milli Basketbol Liqasının I Divizionunda çıxış edən “Ridinq Rokets” komandası mövsümə möhtəşəm nəticələrlə yekun vurub. Kişilərdən ibarət heyət bu il ard-arda üç böyük uğura imza ataraq, yanvarda Milli Kubokunu, martda Federasiya Kubokunu və nəhayət mayda pley-off finalını qazanıb. Bu uğurların arxasında isə Azərbaycan basketbol ictimaiyyətinə yaxşı tanış olan bir sima dayanır - baş məşqçi Samit Nuruzadə.