Nazir müavini: Ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur
06.05.2025 [14:44]
Xəbərin mətni
Baramaçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli və məşğulluğun artırılmasına töhfə verən istehsal sahələrindən biri hesab olunur. Bu səbəbdən, ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov mayın 6-da Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya nəticəsində əldə olunan ipəkqurdu toxumlarının kümçülərə paylanması ilə bağlı keçirilən tədbirdə media nümayəndələrinə açıqlamasında bildirib.