Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanı təmsil edən atçı: Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur

16.05.2025 [12:19]

Xəbərin mətni

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu- 2025”də ölkəmiz ilk dəfə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinin üzvlərindən biri, gənc atçı Elvina Valeşeva müsahibəsində bildirib ki, bu tədbirdə Azərbaycanı təmsil etmək onun üçün böyük qürur hissidir.