Mövsümi allergiyalardan necə qorunmaq olar?
16.05.2025 [19:42]
Xəbərin mətni
Yaz və yay aylarında təbiətlə bərabər, mövsümi allergiyalar “oyanır”. Burun axıntısı, göz yaşarması və öskürək kimi simptomlarla müşayiət olunan bu hal bir çox insan üçün gündəlik həyatda ciddi narahatlıqlara səbəb olur. Əsasən ağacların tozlanması və bitkilərin çiçəklənməsi nəticəsində havaya yayılan polen hissəcikləri bu allergik reaksiyalara yol açır. Bəs belə hallardan qorunmaq üçün hansı tədbirlər görülə bilər?