Azərbaycan Dövlət İnformasiya Agentliyi

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb

18.05.2025 [22:39]

Xəbərin mətni

Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırılıb. Ağdam təmsilçisi XXXV turda “Azersun Arena”da "Kəpəz"lə baş tutan oyundan sonra qızıl medallara layiq görülüb. 12-ci dəfə ölkə çempionluğunu təmin
etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.