Elşad İsgəndərov: Bakı Habı iqlim və münaqişələrdən əziyyət çəkən 500 milyon insana dəstək olacaq
19.06.2025 [14:57]
Bu gün “Bakı Platforması Tərəfdaşlığı – Əlverişsiz Şəraitlərdə Sülhə Töhfə Verən İqlim Fəaliyyətinin İrəlilədilməsi” üzrə Yüksək Səviyyəli Paneldə bizim təşəbbüslərlə bağlı müzakirələr aparıldı. Belə ki, ötən il COP29-da Bakı Sülh və İqlim Fəaliyyəti Platforması – Bakı Habı təsis edilib. Biz artıq Bakı Habının praktiki fəaliyyətlərinin nəticələrini görürük. Bakı Habının əsas məqsədi həm iqlim, həm də münaqişələrdən əziyyət çəkən ölkələrə beynəlxalq yardımın artırılması, eyni zamanda, iqlim maliyyəsinin artırılmasıdır. Bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bonnda keçirilən İyun İqlim Görüşləri çərçivəsində deyib.