Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yalçın Rəfiyev: Hər bir COP özündən əvvəlkiləri tamamlayır

26.06.2025 [14:54]

Xəbərin mətni

Düz bir il əvvəl, məhz bu zalda, COP29-un gələcək Sədrliyi olaraq Bakı COP-u üçün baxışımızı açıqlamışdıq. Bu baxış inklüzivlik, şəffaflıq, qərəzsizlik və COP Tərəflər Konfransı tərəfindən idarə olunan bir yanaşma ilə COP29-un keçirilməsinə dair öhdəliyimizi ehtiva edirdi. Bütün fəaliyyətimizdə Konvensiyanın və Paris Sazişinin prinsiplərinə, məqsədlərinə və hədəflərinə sadiq qalaraq hərəkət etdik. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində Braziliyanın COP30-a həsr olunmuş tədbirdə deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI