Mahir Emreli: İslandiya ilə oyundakı məğlubiyyəti unutdurmaq istəyirik
08.09.2025 [12:53]
Xəbərin mətni
Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Usta futbolçulardan ibarət heyəti var. Onlar da buraya motivasiyalı gəliblər. İslandiyaya məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni edəcəyik. Bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.