Formula 1 Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək
15.09.2025 [17:23]
Xəbərin mətni
Formula 1 Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək. Bu barədə Bakı Şəhər Halqasının İnsan resursları üzrə baş meneceri Lamiyə Şəhmədova Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi üçün Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı ilə bağlı təşkil olunmuş tədbirdə məlumat verib.