Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çövkən üzrə millinin kapitanı: Ümid edirəm ki, Oyunların qalibi olarıq

28.09.2025 [15:46]

Xəbərin mətni

III MDB Oyunlarının ölkəmizdə keçirilməsi çox sevindiricidir. Yarışların bölgələrdə təşkil edilməsi idmanımızın inkişafı üçün çox yaxşıdır. Bu gün ilk oyunda qələbə qazandıq. Bu münasibətlə komandamızın üzvlərini, idmansevərləri təbrik edirəm. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycanın çövkən üzrə millisinin kapitanı Tərlan Qurbanəliyev deyib.