Fərid Qayıbov: "Doğma divarlar" arasında qələbələrimizin sayının çox olmasını istəyirik
29.09.2025 [17:18]
Xəbərin mətni
Ölkəmizdə keçirilən III MDB Oyunlarında üzgüçülük və stolüstü tennis yarışlarında artıq medallar qazanmışıq. Bu, bizə pozitiv düşünməyə imkan verir ki, yarışın sonuna qədər medallarımızın sayı daha da çox olacaq. "Doğma divarlar" arasında qələbələrimizin sayının çox olmasını istəyirik. Bütün idmançılara uğurlar arzulayıram. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.