Belaruslu jurnalist: Azərbaycan III MDB Oyunlarına yüksək səviyyədə hazırlaşıb
29.09.2025 [21:48]
Xəbərin mətni
Azərbaycan MBD Oyunlarının keçirilməsi estafetini mənim doğma vətənim Belarusdan qəbul edib. Ölkənizə bu möhtəşəm idman tədbirinin təşkili ilə bağlı uğurlar, bol enerji və ən xoş arzularımı çatdırmaq istərdim. Arzu edirəm ki, bu multiidman yarışından təşkilatçılar, könüllülər və idmançılar zövq alsınlar. Hər şey problemsiz keçsin. Bu sözləri AZƏRTAC-a açıqlamasında III MDB Oyunlarını izləməyə gələn belaruslu jurnalist Kristina Kamyişi deyib.