Rusiya nazir müavini: Azərbaycanın güclü idman irsi, gözəl idman qurğuları var
30.09.2025 [11:15]
Xəbərin mətni
Gəncədə keçirilən III MDB Oyunlarının rəsmi açılış mərasimində iştirak etməkdən zövq aldıq. Biz texnoloji inkişaf, gənclik və mədəni irsin elementlərini gördük. Tam əminliklə deyə bilərəm ki, mərasim uğurla keçdi. Rusiya burada ən çox idmançı və nümayəndəsi olan ölkələrdəndir. İdmançılarımız güclü və istəkli rəqibləri görməyə sevinirlər. Bu, onlar üçün böyük təcrübə olacaq. Bunu Gəncədə keçirilən MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Rusiya idman nazirinin müavini Aleksey Morozov deyib.