"Araz-Naxçıvan"ın baş məşqçisi: Komandamız azarkeşlər önündə daha yaxşı oynayar
07.10.2025 [15:51]
Xəbərin mətni
Bizim üçün Naxçıvana gəlmək çox xoş oldu. Komanda çoxdandır bu səfəri gözləyirdi. Yeni futbolçuların Naxçıvan barədə məlumatları az idi, indi gəlib özləri görüb, şahidlik edirlər. Bizim üçün hər bir şərait yaradılıb və düşünürəm ki, komanda olaraq Naxçıvana qayıtsaq daha yaxşı olacaq. Bunu jurnalistlərə açıqlamasında Naxçıvana səfər edən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.