Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstiqamətimiz hamamları, ovdanları və pirləri ilə məşhur olan kəndədir – "8:20-də Vağzalda"

14.10.2025 [20:20]

Qədim hamamları, ovdanları, su quyuları, pirləri ilə Xəzər dənizinin sahilində yerləşən kənddəyik. İstər yerli, istərsə də xarici turistlərin yay aylarında istirahət üçün seçdikləri bu məkan Pirşağı kəndidir. İstiqamətimiz 1970-ci ildən Bakının bir çox kənd və qəsəbələrindən Pirşağıya gəlmək üçün ayrılmış Pirşağı stansiyasınadır.