Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qara qızılın çəkdiyi dəmir yolları hansı filmlərimizdə meydança rolunu oynayıb? – “8:20 Vağzalda”

25.11.2025 [20:20]

1880-ci ildə ilk vağzallardan birinin məhz Sabunçuda inşa edilməsi təsadüfi deyildi. Bakı nefti dünyanın ən böyük şirkətlərini cəlb edirdi və bu sərvəti daşımaq üçün dəmiryolu çəkilməsi artıq strateji zərurətə çevrilmişdi. Bu gün sizi ölkəmizin ilk dəmir yolu xəttinin salındığı illərə aparacağıq, həm də həmin vağzallarda lentə alınan filmlərdən danışacağıq.