Adı dəyişdirilən dəmiryol dayanacağında – “8:20-də Vağzalda”
23.12.2025 [20:20]
Nəqliyyatın ürəyi məhz burada döyünür. Koroğlunun bir özəlliyi var - metro, dəmir yolu və avtobusların hamısı orada bir araya gəlir. Biz ayrı-ayrı vaxtlarda sizə Nəqliyyat Mübadilə Mərkəzindən, “Əziz Bakılılar və Şəhərimizin Qonaqları” layihəmizdə isə “Koroğlu” metro stansiyası haqqında danışmışıq. Bu gün isə “Koroğlu dəmiryol dayanacağı” barədə danışacağıq.