Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıxanovdan Zirəyə qədər hansı stansiyalar tikiləcək? – “8:20-də Vağzalda”

02.12.2025 [20:20]

Sabunçu rayonunda yerləşən Bakıxanov dayanacağı 1926-cı ildə istifadəyə verilib. Bakı–Sabunçu xəttində yerləşən Bakıxanov dayanacağı Bakıda ilk elektrikləşdirilmiş dəmiryol dayanacaqlarından biridir. Ərazidə vaxtilə zavodlar və istehsalat sahələri yerləşirdi. Məhz bu səbəbdən stansiya yük daşımalarında da istifadə olunurdu.