Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qız nədir, idman nədir?”: Qadın boksçular cəmiyyətin baxışını dəyişir – REPORTAJ

03.11.2025 [13:21]

Xəbərin mətni

Azərbaycan boksu uzun illərdir beynəlxalq arenalarda öz uğurları ilə tanınır. Olimpiya və Avropa çempionatlarında kişilər arasında qazanılan medallar boksu ölkəmizdə ən populyar idman növlərindən birinə çevirib. Son illərdə isə diqqət tədricən qadın boksuna yönəlir. Yəni, hələ tam oturuşmamış, amma böyük potensiala malik bir istiqamətə… Qadın boksundakı bu yüksəlişi daha yaxından izləmək üçün AZƏRTAC məşq zallarına üz tutub və idmançılarla söhbətləşib.