Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir
04.11.2026 [16:24]
Xəbərin mətni
Strateji valyuta ehtiyatlarımız oktyabrın 1-nə 89,4 milyard dollara çatıb. Bu da xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir. Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.