Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir
04.11.2026 [16:27]
Xəbərin mətni
Müxtəlif ölkələri təmsil edən çoxsaylı xarici şirkətlərin, investorların və iş adamlarının sərgidə iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbedici məkana çevrildiyini göstərir. Bu marağın əsas səbəblərindən biri ölkəmizdə mövcud olan siyasi və iqtisadi sabitlik, həyata keçirilən genişmiqyaslı inkişaf layihələri və əlverişli investisiya imkanlarıdır. Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Vüqar İskəndərov “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində bildirib.