Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır
04.11.2026 [16:40]
Xəbərin mətni
Gələn ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclər 26,4 milyard manat və ya xərclərin 62,3 faizi olaraq proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 1,2 milyard manat çoxdur. Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.