Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda gələcəyin ulduzları yetişir: “Konyaspor” futbol məktəbindən REPORTAJ

28.11.2025 [12:52]

Xəbərin mətni

Bakının müxtəlif məhəllələrindən gələn azyaşlı futbolçular hər gün eyni məqsəd üçün meydançaya çıxırlar: bir gün böyük arenalarda, minlərlə azarkeş qarşısında oynamaq… Türkiyənin “Konyaspor” klubunun Bakıda fəaliyyət göstərən futbol məktəbi də məhz bu məqsədlə yaradılıb. Hədəf gələcəyin peşəkar futbolçularını yetişdirmək və onları Türkiyə başda olmaqla, dünyanın tanınmış klublarına yollamaqdır.