Professor Məsud Əfəndiyev: Gələcəyimiz üçün memarlıq və inşaat çox vacibdir - qalib xalqımıza belə bir yaradıcılıq lazımdır
18.12.2025 [16:37]
Xəbərin mətni
Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçdiyi 50 illik yol bugünkü tədbirdə gözümüzün qarşısında canlandı. AzMİU Azərbaycan üçün önəmli bir universitetdir. Memarlıq və inşaat bizim qalib xalqımıza yaraşan, Azərbaycan üçün vacib olan komponentlərdən biridir. Tədbirdə Memarlıq və İnşaat Universiteti barədə çox gözəl fikirlər səsləndi, onun müstəsna rol oynadığı vurğulandı. Bu fikirləri jurnalistlərə müsahibəsində dünyaşöhrətli alim, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev söyləyib.