Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir
22.12.2025 [16:56]
Xəbərin mətni
Bir müddətdir ki, istifadəyə verilmiş “Rəqəmsal məktəb” platforması əsasən Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində tətbiq olunur. Bu platformadan müəllimlər, məktəb direktorları, valideynlər və şagirdlər istifadə edirlər. Platforma rəqəmsal mühitdə öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün nəzərdə tutulub. Bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova deyib.