Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Hindistan mədəniyyəti sərgisi keçirilir

05.10.2015 [19:28]

Bakıda “Hindistan mədəniyyəti günləri” sərgisi açılıb. Sərgidə Hindistandan 39 sahə üzrə 80 sahibkar öz məhsulunu təqdim edir. Sərginin təşkilatçısı Şarma Radc AZƏRTAC-a bildirib ki, bu sərgi Azərbaycan və Hindistan arasında olan iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsi üçün yaxşı vasitədir. Sərgidə müxtəlif bəzək əşyaları ilə yanaşı, bu ölkənin mədəniyyəti və tarixinə aid bir çox məhsullarla tanış ola bilərsiz.