AZƏRTAC-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20.01.2026 [14:22]
Xəbərin mətni
Hər il olduğu kimi, 20 Yanvar faciəsinin 36-cı ildönümü günündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Səhər saatlarından başlayaraq insanlar axın-axın Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissi ilə xatırlayırlar. 20 Yanvar Azərbaycanın müasir tarixinə qanlı və şanlı səhifə kimi yazılıb.