Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir

20.01.2026 [15:10]

Xəbərin mətni

20 Yanvar faciəsinin 36-cı ildönümündə paytaxtın “20 Yanvar” dairəsində ucaldılmış memorial abidə kompleksi gün ərzində izdihamlı ziyarətçiləri qəbul edib. Şəhidlərin əziz xatirəsini anmaq üçün abidəyə axışan insanların əlindəki tər çiçəklər, baxışlarındakı qürur və mübarizə ruhu 20 Yanvarın milli yaddaşımızdakı sarsılmaz yerini bir daha nümayiş etdirirdi. Abidə önündə hökm sürən sükut və ehtiram dolu ab-hava həmin faciənin ağrısını illər keçsə də unutmadığımızı göstərirdi.