Özünüməşğulluq proqramının iştirakçısı: Dövlət dəstəyi ilə arzumu reallaşdırdım
29.01.2026 [15:18]
Xəbərin mətni
Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə öz kiçik biznesini quran sahibkarlardan biri də Gəncə sakini Tamam İsgəndərovadır. O, əvvəllər digər gözəllik salonlarında çalışdığını, lakin ailə həyatı qurduqdan sonra fəaliyyətinə fasilə verdiyini bildirib. Övladları böyüdükdən sonra öz biznesini qurmaq qərarına gələn Tamam İsgəndərova bu məqsədlə Agentliyə müraciət edərək qeydiyyata alınıb və xüsusi təlimlərə cəlb olunub.