Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib

02.02.2026 [18:28]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşıladı.

BÖLMƏNİN DİGƏR VİDEOLARI