Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident Kitabxanasında Qara Qarayevin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib

04.02.2026 [14:10]

Xəbərin mətni

Prezident Kitabxanası və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” tədbirlər silsiləsi çərçivəsində dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib.