Selcan Mahsudova: Finala yüksəlsəm də çıxışımdan tam razı qalmadım
21.02.2026 [16:56]
Xəbərin mətni
Fərdi təsnifat mərhələsi mənim üçün olduqca çətin keçdi. Düşünürəm ki, bundan da yaxşı çıxış edə bilərdim. Bu baxımdan performansımdan tam razı qalmadım. Amma əsas odur ki, finala yüksələ bildim. AZƏRTAC xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kuboku, AGF Trophy barədə danışarkən deyib.