Qızıl medal qazanan gimnast: Mən yarışlar zamanı özümlə mübarizə aparıram
22.02.2026 [15:58]
Xəbərin mətni
Bu yarış mövsümün startı olduğu üçün çox yaxşı hazırlaşmışdım. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanan tamblinq gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Mixail Malkin deyib.