Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir
26.02.2026 [09:30]
Xəbərin mətni
Xocalı faciəsi bir gecədə baş vermədi. Şəhər aylarla mühasirədə saxlanıldı, elektrik enerjisi kəsildi, yollar bağlandı, insanlar dünyadan təcrid olundu. Bu, əvvəlcədən planlaşdırılmış etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Məqsəd yalnız bir şəhəri işğal etmək deyil, bütöv bir xalqın iradəsini sındırmaq idi.