Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı sakini: “Atamı basdırmağa gedirdik, dedilər yoldaşını da gətiriblər”

26.02.2026 [18:00]

Xəbərin mətni

Həmin gecə hər kəs vahimə içində idi. Sanki bütün qara buludlar Xocalının üzərinə çökmüşdü. Erməni silahlı qüvvələri 366-cı motoatıcı alayının iştirakı ilə yaşlı, cavan, uşaq demədən Xocalı sakinlərini vəhşicəsinə qətlə yetirdi. Bəzi ailələrin bütün üzvləri amansızcasına öldürüldü. Xocalı sakini Vərziyar Əliyeva da həmin gecə ən doğmalarını itirənlərdən oldu.