Paytaxt sakini: Xocalı faciəsi heç vaxt unudulmayacaq
26.02.2026 [18:35]
Xəbərin mətni
Xocalı faciəsi Azərbaycan xalqının ən dərin yaralarından biridir və qan yaddaşımızda əbədi iz buraxıb. Biz bu faciəni heç vaxt unutmayacağıq. Nə qədər ki, Azərbaycan xalqı var, Xocalı faciəsinin xatirəsi də unudulmayacaq. Bu dəfə isə, 5 il bundan əvvəl olduğu kimi, Zəfərimizi Ali Baş Komandanın rəhbərliyi ilə böyük qürurla qeyd etdik. Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami rayon Keşlə bələdiyyəsinin sədr müavini İradə Həsənova bildirib.