Nazir müavini: Ötən il 234 mindən çox gəncə karyera və peşəyönümlü məsləhətlər verilib
28.02.2026 [12:57]
Xəbərin mətni
Gənc insanın əmək bazarına çıxışı nə qədər düzgün qurularsa, ölkənin gələcək dayanıqlığı da bir o qədər güclü olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq gənclərin məşğulluğuna məhz bu prizmadan yanaşırıq. Bu yanaşma konkret nəticələrlə də görünür. AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ADA Universitetində Dövlət Proqramı məzunları üçün keçirilən “Qlobal təhsildən milli inkişafa” karyera sərgisində deyib.