Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Əhmədov: Son bir neçə ildə Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır

13.03.2026 [17:45]

Xəbərin mətni

Məlum olduğu kimi, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. Bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin martın 13-də keçirilən plenar iclasında deyib.