Deputat: Sovet dövründə Gəncəli məhəlləsində Novruz bayramının qeyd olunması həm də totalitar rejimə etirazın təzahürü idi
22.03.2026 [12:21]
Xəbərin mətni
Sovet dövrünün sərt rejimi şəraitində belə Şəkinin Gəncəli məhəlləsində Novruz bayramı el adətincə keçirilər və gecəyədək davam edərdi. Müəyyən qüvvələr dəfələrlə xalqın iradəsini qırmaq, əzmkarlığını, tarix və ənənəyə olan inamını sarsıtmaq istəsələr də bu mümkün olmamışdı. Əksinə, növbəti bayramlar əvvəlkindən möhtəşəmliyi, coşqusu ilə daha da seçilmişdi. Qalanan tonqalların hündürlüyü imkan verirdi ki, onu Şəkinin əksər yerindən insanlar müşahidə edə bilsinlər. Bu fikirləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.