Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məleykə Abbaszadə: Son 10 ildə DİM-də 6 milyondan çox insan imtahan verib

10.04.2026 [11:05]

Xəbərin mətni

Bu gün Dövlət İmtahan Mərkəzinin onilliyini qeyd edirik. Bu, bizim üçün sadəcə təqvimdəki tarix deyil, milyonlarla vətəndaşımızın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir təşkilatın inkişafında mühüm mərhələdir. Bu, ədalətli rəqabətin intellektual əsası, başqa sözlə intellektual əməliyyat sistemidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

 

Müxbir - Aytac Babayeva 

Videooperator - Namiq Abdullayev 

Montaj - Hüseyn Ramazanov

BÖLMƏNİN DİGƏR VİDEOLARI